Türkiyənin “Qalatasaray” klubunda prezident seçkilərinə namizədlər müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, yanvarın 20-də keçiriləcək növbədənkənar prezident seçkilərində iki namizəd olacaq. Bunlar hazırkı prezidenti Dursun Özbək və Mustafa Cengizdi. Onların müraciəti artıq qəbul olunub.

 

Qeyd edək ki, yeni seçiləcək prezident 3 il müddətində bu postda çalışacaq.