Türkiyənin Antalya bölgəsində toplanışda olan “Neftçi” klubu iki əcnəbi futbolçunu baxışa çağırıb
Sportal.az xəbər verir ki, söhbət ukraynalı İqor Sikorski və mərakeşli Roşdi Aşentedən gedir. Hər iki futbolçu bakılıların Rusiyanın “SKA-Xabarovsk” komandası ilə saat 17:00-da start götürən yoxlama matçında ehtiyat oyunçular skamiyasında yer alıb.
30 yaşlı Sikorski yarımmüdafiəçidir. Onun son iş yeri Ukraynanın I divizionunda çıxış edən “Nikolayev” klubu olub.
Mərakeş yığmasında 2 oyun keçirən Axente isə Hollandiyanın PSV klubunun yetirməsidir. 30 yaşlı sol cinah yarımmüdafiəçisinin son klubu Hollandiya çempionatının I divizionunda mübarizə aparan "Qou Ehed iqls" klubudur.
saytlarin hazirlanmasi