Hakimlərin dialoqu: millimizin qapısına penalti necə təyin edildi?

18:21 - 29 Mart 2018

Millimizin Makedoniya ilə yoxlama matçında (1:1) türkiyəli baş hakim Halis Özkahyanın VAR sisteminin köməkliyilə yığmamızın qapısına penalti təyin etmişdi. Görüşü idarə edən Özkahya ilə videotəkrar hakimi Cüneyt Çakır arasında baş verən dialoq Türkiyə mətbuatında yayılıb.

 

Sportal.az xəbər verir ki, Hakimlər Komitəsinin sədri Yusuf Namoğlu iki referi arasındakı dialoqu anladıb. O bildirib ki, Çakırın qərarından sonra Özkahya ağ nöqtəni göstərib:

 

Cüneyt Çakır: Halis, nə üçün fit çaıdın?
Halis Özkahya: Toxunuş var idi. Ayaqla təmas etdi
Cüneyt Çakır: Epizod cərimə meydançasının daxilindədir. Penaltidir. Sənin təkrarı izləməyə lüzum yoxdur. Ağ nöqtəni göstər.

 

Namoğıu bildirib ki, bu qərara bütün futbolçular razılaşıb və millimizin üzvləri buna etiraz etməyib.

 

Qeyd edək ki, Azərbaycan - Makedoniya matçının 21-ci dəqiqəsində görüşün baş hakimi Halis Özkahya millimizin qapısına cərimə zərbəsi təyin etsə də, VAR (videotəkrar) hakimləri Cüneyt Çakır və Hüseyin Göçek epizodun təkrarını izlədikdən sonra qayda pozuntusunun cərimə meydançası daxilində olduğunu bildiriblər. Makedoniya millisi məhz hesabı penalti zərbəsiylə bərabərləşdirmişdi.

 

Xəbər xətti