Super Liqanı tərk edən ilk klub müəyyənləşdi

16:40 - 10 Aprel 2018

Türkiyə Super Liqasını tərk edən ilk klubun adına aydınlıq gəlib.
 
 

Sportal.az xəbər verir ki, “Karabükspor” mövsümün başa çatmasına 6 tur qalmış elita ilə vidalaşıb. Bu, 28-ci turun “Gənclərbirliyi” – “Qalatasaray” matçının nəticəsindən sonra dəqiqləşib.
 

“Karabükspor” hazırda 12 xalla 18 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb. Bu komandanı 15-cı pillədə olan “Gənclərbirliyi”ndən 18 xal ayırır. 16 və 17-ci sıralarda yer alan “Konyaspor” və “Osmanlıspor”un isə 28 xalı var.

Xəbər xətti