Ərdoğan derbidəki qalmaqaldan danışdı: "Şenol Günəşə edilən bu hərəkəti bağışlamaq mümkün deyil"

01:19 - 21 Aprel 2018

Xəbər verdiyimiz kimi, dünən Türkiyə kubokunda “Fənərbağça” - “Beşiktaş” matçı baş məşqçi Şenol Günəşin başına yad əşya atılaraq xəstəxanalıq olduğu üçün yarımçıq qalmışdı.

 

Sportal.az xəbər verir ki, olaylı derbi haqqında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da danışıb. O deyib ki, belə hadisələrin qarşısı alınmalıdır:

 

“Görürük ki, futbolçu künc zərbəsi vurmağa gedir, başına əşyalar atılır. Nə baş verir? Ölkəmizin ən önəmli məşqçilərindən başına 5 tikiş qoyulur. Buna haqqınız varmı? Xeyr. Bunu edən bilmirəm kimdir, amma inanın ki, bir qism insan sərxoş kimidir. Çünki normal birinin bunu etməsi mümkün deyil. Şenol Günəşə edilən bu hərəkəti bağışlamaq mümkün deyil”.

 

Qeyd edək ki, stadionda baş verən hadisələrlə əlaqədar 15 nəfər saxlanılıb.

Xəbər xətti