"Neftçi" Emin Mahmudova görə AFFA-ya müraciət etdi

17:43 - 23 Aprel 2018

Neftçi" AFFA-ya müraciət edib.

 

Sportal.az xəbər verir ki, paytaxt klubu Topaz Premyer Liqasının 24-cü turunda "Qəbələ" ilə görüşdə (1:0) yarımmüdafiəçinin aldığı ikinci sarı vərəqənin ləğv edilməsi üçün apellyasiya şikayəti edib.

 

Qeyd edək ki, qarşılaşmanın baş hakimi İnqilab Məmmədov matçın 63-cü dəqiqəsində Emin Mahmudova Baqali Dabo ilə mübarizə zamanı ikinci sarı vərəqni göstərərək meydandan qovmuşdu.

Xəbər xətti