"Beşiktaş" BƏYANAT yaydı: "Fənərbaxça" ilə oyuna çıxmayacaqlar

00:41 - 27 Aprel 2018

Türkiyə kubokunun yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində keçirilən və 57-ci dəqiqədə təxirə salınan "Fənərbaxça" - "Beşiktaş" görüşü yenidən keçirilməyəcək. 

 

Sportal.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının qərarına əsasən, İstanbul derbisi mayın 3-də təxirə salındığı dəqiqədən etibarən, azarkeşsiz davam etdiriləcəkdi. Lakin "Beşiktaş" bu oyuna çıxmamaq qərarı alıb. Klub məlumatı rəsmi saytı vasitəsi ilə bu barədə bəyanat yayıb. 

 

Xatırladaq ki, oyunun 57-ci dəqiqəsində, hesab 0:0 olarkən meydan sahiblərinin azarkeşlərinin davranışlarına görə baş hakim Mete Kalkavan qarşılaşmanı təxirə salmışdı. İlk oyun isə 2:2 hesablı heç-heçə ilə başa çatmışdı.

Xəbər xətti