Ramil Şeydayevin komandasına şad xəbər

12:18 - 27 Aprel 2018

FIFA Türkiyənin "Trabzonspor" klubu üçün tətbiq etdiyi transfer qadağasını ləğv edib.

 

Sportal.az xəbər verir ki, bu ilin yayında kluba transfer qadağası qoyulsa da, artıq bu problem həll olub. FIFA Qara dəniz təmsilçisinin etirazına baxıb və "bordo-mavililər" üçün müsbət qərar verib.

 

Qeyd edək ki, icarə əsasında "Qarabağ"da çıxış edən Ramil Şeydayev müqavilə ilə "Trabzonspor"a məxsusdur.

Xəbər xətti