"Beşiktaş" Neqredonu göndərir

16:21 - 2 May 2018

Türkiyə Super Liqasında çempionluğu möcüyə buraxan "Beşiktaş" yeni mövsüm üçün qollarını erkən çırmalayıb.

 

Sportal.az xəbər verir ki, komanda hücumçusu Alvaro Neqredonun çıxışından narazıdır. Bu səbəbdən onun agenti Qelu Rodriqeslə görüş keçirilib. İstanbul klubunun rəhbərliyi agentə ispan forvard üçün yeni klub tapmağı tapşırıb.

 

32 yaşlı hücumçuya İspaniya, İngiltərə və Çindən təkliflər var.

 

Qeyd edək ki, ötən il "Beşiktaş"a "Valensiya"dan keçən hücumçu Super Liqada 7 qol vurub.

Xəbər xətti