"Beşiktaş"a ağır cəza verildi

15:52 - 5 May 2018

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi “Fənərbaxça” ilə oyuna çıxmayan “Beşiktaş”ı cəzalandırıb.

 

Sportal.az xəbər verir ki, "qara qartallar"a 0:3 hesablı texniki məğlubiyyət verilib. Komitənin qərarına əsasən, gələn il “Beşiktaş” Türkiyə kubokunun oyunlarına da buraxılmayacaq. Bundan əlavə "ağ-qaralar" bu mövsüm kubokun bütün maddi gəlirlərindən məhrum olacaq.


Qeyd edək ki, aprelin 19-da Futbol üzrə Türkiyə Kubokunun yarımfinal matçı çərçivəsində "Fənərbaxça" və "Beşiktaş" komandaları arasında keçirilən qarşılaşma ikinci yarıda yarımçıq dayandırılmışdı. Buna səbəb matçın 57-ci dəqiqəsində azarkeşlərin stadiona kənar əşyalar atması olmuşdu. Komandanın baş məşqçisi Şenol Günəş başından xəsarət almışdı.

 

Bundan əvvəlki qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatmışdı.

 

Xatırladaq ki, komitə oyunun 57-ci dəqiqədən davam etdirilməsi barədə qərar qəbul etmişdi. 

Xəbər xətti