Hollandiyanın "Feyenoord" klubunda yeni müqavilə qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, Rotterdam təmsilçisi təcrübəli forvard Robin van Persi ilə yeni sözləşmə imzalayıb. Müqavilənin müddəti 1 illik nəzərdə tutulub.

 

Qeyd edək ki, 34 yaşlı hücumçu "Feyenoord"a qış fasiləsində "Fənərbaxça"dan transfer olub.