"Sumqayıt"dan ayrılaraq, "Neftçi"yə transfer olan Rəşad Eyubov "ağ-qaralar"ın "YouTube" kanalına açıqlama verib.
Sportal.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi böyük kluba gəldiyini deyib: "Fikrimcə, uzun illərdir "Neftçi"nin Azərbaycan futbolunun flaqmanı olması heç kimə sirr deyil. Əlbəttə, böyük tarixə, çoxsaylı titullara malik olan bu kluba keçdiyim üçün qürur duyuram. Ümid edirəm ki, uğurların davamını birlikdə gətirəcəyik".
Millimizin üzvü rəqabətdən qorxmadığını deyib: "Rəqabətdən qorxmaq qeyri-peşəkarlıqdır. Buna görə də rəqabətdən qorxmuram. Əksinə, daha yaxşı futbolçu olmaq üçün rəqabətin olmasını istəyirəm. Bunun yalnız faydası var".
Eyubov "Neftçi"nin azarkeşlərinə səslənib: "Hamı bilir ki, "Neftçi"nin necə yaxşı azarkeş ordusu var. Əvvəl çıxış etdiyim klublarda "Neftçi"yə qarşı oynayanda onların doğma komandalarını oyunboyu necə çılğıncasına dəstəklədiklərini fərqləndirirdim. Azarkeşlərdən istəyim budur ki, bu mövsüm də dəstəklərini əsirgəməsinlər. Biz bir ailə olub, yüksək hədəflərə çatmalıyıq. Əminəm ki, çempionatda qarşıya ən yüksək hədəf qoyulacaq və biz çempionluq uğrunda mübarizə aparacağıq".
saytlarin hazirlanmasi