“Neftçi”dən dəvət alanda bir an belə düşünmədən bura gəldim”.
Sportal.az xəbər verir ki, bu sözləri “Neftçi”nin yeni transferi Slavko Braliç deyib.
Xorvatiyalı futbolçu yeni klubundakı hədəflərini açıqlayıb: “Hədəfim bu mövsüm daha da yaxşı çıxış etmək, Azərbaycan Premyer Liqasında çempionluq uğrunda mübarizə aparmaq və avrokuboklarda bacardığımız qədər irəliləməkdir”.
25 yaşlı mərkəz müdafiəçisi uğur qazanmaq üçün əlindən gələni edəcəyini bildirib: “Söz verirəm ki, uğur qazanmaq üçün əlimdən gələni əsirgəməyəcəm. Oyundan oyuna daha yaxşı çıxış edəcəm”.
saytlarin hazirlanmasi