"Neftçi” PFK-nın əvəzedici komandasının baş məşqçisi Mahmud Qurbanovun köməkçilərindən biri müəyyənləşib.
Sportal.az xəbər verir ki, bu vəzifəni Rəşad Abdullayev yerinə yetirəcək.
2009-2012-ci illərdə "Neftçi”də çıxış etmiş Abdullayev "Xəzər Universiteti”, "Xəzər Lənkəran”, "Qəbələ”, "Rəvan”, AZAL və "Zirə” klublarında da oynayıb. Azərbaycan milli komandasının heyətində 10 oyunda meydana çıxıb.
Rəşad Abdullayev futbolçu karyerasını başa vurandan sonra "Neftçi”nin U-19 komandasında baş məşqçinin köməkçisi vəzifəsində çalışıb.
saytlarin hazirlanmasi