Roberto Bordin: "Qarşımızda böyük məqsədlər var"

14:52 - 20 İyun 2018

"Neftçi"nin baş məşqçisi Roberto Bordin UEFA Avropa Liqasının ilk təsnifat mərhələsinin püşkünü dəyərləndirib.

 

Sportal.az xəbər verir ki,  Macarıstanın "Uypeşt” komandasını güclü komanda adlandırıb: "Rəqib kifayət qədər güclü bir kollektivdir, xüsusi ilə fiziki baxımından. Amma bizim qarşımızda böyük məqsədlər var. Çalışacağıq ki, oyuna qədər komandanı fiziki cəhətdən maksimal vəziyyətə gətirib, bu dueldən qalib çıxaq”.

 

İlk oyun iyulun 12-si Bakıda, cavab matçı isə ayın 19-u Uypeştda keçiriləcək.

Xəbər xətti