Türkiyə Super Kuboku matçının vaxtı açıqlandı

13:45 - 22 İyun 2018

Türkiyə Super Kuboku uğrunda oyunun keçiriləcəyi tarix müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, qarşılaşma 5 avqust tarixində baş tutacaq. "Konya Bələdiyə Stadionu"nda oynanılacaq görüşün start fiti Bakı vaxtı ilə 21:45-də səslənəcək.

 

Qeyd edək ki, Super Kubok finalında son Türkiyə çempionu "Qalatasaray" və kubokun qalibi "Akhisarspor" üz-üzə gələcək.

Xəbər xətti