"Fənərbaxça"nın yeni baş məşqçisi rəsmən bəlli oldu

13:59 - 22 İyun 2018

“Fənərbaxça”nın yeni baş məşqçisinin kim olacağına rəsmən aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, “sarı-lacivərdlilər” Hollandiyanın PSV klubunun baş məşqçisi Filip Kokunu “sükanı arxasına” gətirib. Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb. Hollandiyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Koku bu postda bir neçə gün əvvəl "Fənərbaxça"dan ayrılan Aykut Kocamanı əvəz edib.

Xəbər xətti