"Neftçi" yaxşı futbolçulardan təşkil olunmuş komandadır. Çilili yarımmüdafiəçi İqnasio Herrera ötən mövsümü çox yaxşı keçirib. Yarımmüdafiə xəttləri güclüdür. Futbolda artıq hər şey mümkündür. Məsələn, "Qarabağ" Çempionlar Liqasında çıxış etdi və "Atletiko" ilə hər iki oyunda bərabərə qaldı".
Sportal.az xəbər verir ki, bu sözləri "Neftçi"nin sabiq futbolçusu Antonio Salas Kinta (Anyete) söyləyib. 32 yaşlı hücumçu Avropa Liqasında İspaniyanın "Sevilya" klubunun potensial rəqibi olan "Neftçi"dən danışıb. İspaniyalı futbolçu hava və yolun əndəlüsiyalılara çətinlik yara biləcəyini qeyd edib: "Hava və yol əziyyətlidir. 5 saatlıq səfər olacaq. İspaniyadan İstanbula və oradan da Bakıya gəlmək ağırdır. Bildiyiniz kimi, gələn mövsüm Avropa Liqasının finalı Bakıda - Olimpiya Stadionunda keçiriləcək. Lakin "Sevilya" "Neftçi" ilə BOS-da oynamayacaq. "Neftçi"nin yaxşı və müasir tələblərə cavab verən meydanı var. Buna baxmayaraq, "Sevilya"nın gücü bəllidir və fikrimcə, "Neftçi"nin şansı yoxdur".
Anyete 2015/16 mövsümünü "Neftçi"də keçirib. O, "ağ-qaralar"dakı günlərini yada salıb: "Neftçi"də olanda yaxşı formada idi və qollarla yanaşı, assist də edirdi. Zədələnəndən sonra isə bərpa prosesim 3 ay çəkdi. Yaxşı heyətimiz var idi. Azərbaycan kubokunda finala qədər irəliləmişdik, avrokuboklara vəsiqə qazanmışdıq. "Neftçi" karyeramı xüsusi vurğulayıram. Azərbaycan haqda xüsusi danışıram, çünki fərqli mədəniyyət görmüşəm".
Qeyd edək ki, "Neftçi" Avropa Liqasının I təsnifat mərhələsində "Uypeşt" səddini keçsə, II mərhələdə "Sevilya" ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi