Türkiyənin Topuk yaylası bölgəsində təlim-məşq toplanışının ikinci mərhələsinə davam edən “Neftçi” bu gün ilk yoxlama oyununu keçirəcək.
Sportal.az xəbər verir ki, “ağ-qaralar” Makedoniyanın "Şkupi” komandası ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə 18:00-da başlayacaq. Oyun komandanın məskunlaşdığı “Topuk Yaylası Resort and Sport” otelinin meydanında baş tutacaq.
Yoxlama oyunu
24 iyun
18:00 "Neftçi" (Azərbaycan) - "Şkupi" (Makedoniya)
Türkiyə. Topuk yaylası.