"Neftçi" iki legioneri əvəzedicilərə göndərdi

21:52 - 24 İyun 2018

"Neftçi"də iki futbolçu əvəzedici heyətə göndərilib.

 

Sportal.az xəbər verir ki, bu ilin sonuna qədər "Neftçi" ilə müqaviləsi olan Mayk Kampas və Lukas Qomes əvəzedici heyətə göndərilib. Növbəti mövsüm üçün baş məşqçi Roberto Bordinin əsas heyətdə düşünmədiyi futbolçularla hazırda danışıqlar davam edir. Bu müddətdə hər iki futbolçu əvəzedici komandada məşq edəcəklər.  

 

Qeyd edək ki, növbəti mövsüm əsas heyətdə düşünülməyən Fransisko Qarsia ilə də müzakirələr davam edir. Yaxın günlərdə bu haqda əlavə məlumat veriləcək.

Xəbər xətti