“Neftçi”nin yarımmüdafiəçisi Rəhman Hacıyev Makedoniyanın "Şkupi" komandasına qarşı keçirilmiş oyundan sonra klubun rəsmi saytına açıqlama verib.
Sportal.az xəbər verir ki, o, komandasının 2:0 hesablı qələbəsini belə şərh edib:
“Bu matçda vahid komanda kimi oynadıq. Çalışdıq ki, məşqçinin bütün tapşırıqlarını yerinə yetirək. Qələbə sevindirir, amma ən əsası rəsmi oyunlara qədər hazır olmağımızdı. İyulun 12-də bizi çox çətin oyun gözləyir, buna hazır olmalıyıq. Hələ çox işləməliyik".
saytlarin hazirlanmasi