Düya çempionatında Xorvatiyanın heyətində əla performans göstərən Domaqoy Vidanı transfer etmək istəyən klubların sayı artmaqdadır.
Sportal.az xəbər verir ki, ötən mövsüm qış fasiləsində Kiyev "Dinamo"sundan "Beşiktaş"a keçən müdafiəçi yenə də komandasını dəyişə bilər. Ötən mövsüm "Beşiktaş"dan Cenk Tosunu transfer edən "Everton" bu dəfə Vidaya "elçi düşüb". Ortada rəsmi təklif olmasa da, Premyer Liqa təmsilçisi 29 yaşlı futbolçunu transfer siyahısına salıb.
"Beşiktaş"ın Vidaya 13,2 milyon funt-sterlinq qoyduğu qeyd edilir.
saytlarin hazirlanmasi