Azərbaycan milli komandasının üzvü Ramil Şeydayev müqavilə ilə məxsus olduğu Türkiyənin “Trabzonspor” klubunun düşərgəsində məşqlərə başlayıb.
Sportal.az xəbər verir ki, Trabzon təmsilçisi ötən gün “Mehmet Ali Yılmaz” adına məşq mərkəzində yeni mövsümün hazırlıqlarına start verib. Mövsümün ilk məşqində 20 futbolçu iştirak edib. Ötən mövsümü icarə əsasında “Qarabağ”ın heyətində keçirən Şeydayev hazırlıqlara qatılıb.
Gənc hücumçunun Avstriyanın “Mattersburq” klubuna keçəcəyi gözlənilsə də, transfer hələ də rəsmiləşməyib.
saytlarin hazirlanmasi