“Neftçi” Rəhman Hacıyevlə müqavilənin müddətini artırıb.
Sportal.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi ilə 2018/19 mövsümünün sonunda bitməli olan anlaşma daha 1 il müddətinə uzadılıb.
Yeni müqaviləyə görə Hacıyev 2019/2020 mövsümünün sonunadək ağ-qara formanı geyinəcək. Milli komandamızın da üzvü olan futbolçu ötən mövsüm 32 oyunda 6 qola imza atıb.
Qeyd edək ki, “Neftçi”də bundan əvvəl Ruslan Abışov, Kirilo Petrov, Məhəmməd Mirzəbəyov və Emin Mahmudovla müqavilə yeniləyib.
saytlarin hazirlanmasi