Orxan Sadıqlı: "Sumqayıt"da mənə verilən vədə əməl etmədilər"

"Sumqayıt"la müqaviləm başa çatdı. Artıq orda qalmayacam. Pis çıxmasın, futbolda hər şeyi gördüm".

 

Sportal.az saytına açıqlamasında bu sözləri mövsümün ilk yarısında "Sumqayıt"da icarə əsasında çıxış edən "Keşlə"nin qolkiperi Orxan Sadıqlı deyib. 25 yaşlı qapıçı "Sumqayıt"da əsas heyətə düşməməsindən danışıb. "Xəzər Lənkəran"ın yetirməsi ona verilən vədlərin əməl edilmədiyini bildirib:

 

"Gərək, insan doğru danışsın. "Sumqayıt"da mənə deyilənlər əməl olunmadı. Vədlərinə əməl etmədilər. O qədər "Sumqayıt"a həvəslə getmişdim ki... Düşünürdüm ki, uğurlu çıxış edib milli komandaya qədər yüksələrəm. Gələndə isə belə bir şey alındı. Elə bir səbəb də yoxdur. Nə səbəb ola bilər axı? "Keşlə"də olanda mənə dedilər ki, gəl, 3 gün sonra "Sabah"la oyunda qapıda olacaqsan. Ancaq gəldim, 2-3 tur keçdi, heç bir şans qazanmadım. Yalnız 11-ci turda "Qarabağ"la görüşdə meydana çıxdım. Belə deyək, alınmadı. İnşallah, bundan sonra Allah belə qəzalar göstərməsin. Bundan sonra yaxşı olar".

 

Orxan müqavilə ilə məxsus olduğu "Keşlə"yə qayıdacağənı sözlərinə əlavə edib: "Mövsümün sonuna kimi "Keşlə" ilə müqaviləm var. 1-2 günə "Keşlə" rəhbərliyilə görüşəcəm və komandaya qayıdacam".

 

Qeyd edək ki, Sadıqlı "Sumqayıt"da cəmi iki oyun keçirib.

Tarix: 23 Dekabr [14:35]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Noyabr 2019
21  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio