Marek Hamşik: "Xorvatiya və Azərbaycanla oyunları səbirsizliklə gözləyirəm"

Slovakiya millisinin kapitanı Marek Hamşik AÇ-2020-nin seçmə mərhələsində Xorvatiya və Azərbaycanla oyunlar öncəsi fikirlərini bildirib.

 

Sportal.az xəbər verir ki, 32 yaşlı hücumçu son 2 görüşün onlar üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb: “İstirahətdən sonra son 2 turun matçı səbirsizliklə gözləyirəm. Xorvatiya ilə eyni heyətə malik olmasaq da, sona qədər mübarizə aparacağıq. Xorvatiyayla matçdan yaxşı nəticə qazandıqdan sonra Azərbaycanla matça köklənəcəyik”.

 

Noyabrın 16-da Xorvatiyanın qonağı olacaq Slovakiya yığması bundan 3 gün sonra Azərbaycan millisini qəbul edəcək.

Tarix: 14 Noyabr [14:14]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
15 Dekabr 2019
14  Dekabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio