Milan Obradoviç: "Futbolçulara soyuqqanlı olmalarını tapşırdıq"

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Azərbaycan millisi "Kapital Bank Arena"da Lixtenşteynə 1:0 hesabı ilə qalib gəlib.

 

Sportal.az xəbər verir ki, oyundan sonra təşkil olunan mətbuat konfransında yığmanın baş məşqçisi Milan Obradoviç qələbəni şərh edib:
 

“Oyunun gərgin keçəcəyini gözləyirdik. Bilirdik ki, rəqib daha çox müdafiə olunacaq, əks-hücumlarda qol vurmağa çalışacaqdı. Fasilədə uşaqlarla söhbətimizdə bunu onların diqqətinə çatdırdıq və bir qədər səbirli, soyuqqanlı olmalarını tapşırdıq. Hücumlarımızı daha çox cinahlardan qururduq. İsveçrə ilə oyunda da hücumları cinahdan qurmuşduq, amma həmin görüşdə daha çox hava ötürmələrinə üstünlük vermişdik. Futbolçulara bu dəfə yerlə oynamağı tapşırmışdıq. Bu gün satdiona bizi dəstəkləməyə gələn azarkeşlərə təşəkkür edirəm”.

 

Tarix: 14 Noyabr [21:07]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
11 Dekabr 2019
10  Dekabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio