Azərbaycan millisi Qazaxıstana da uduzdu - YENİLƏNİB

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində bu gün sonuncu oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, yığmamız Yunanıstanın Patra şəhərindəki Pampeloponnisiako stadionunda Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb və 0:2 hesabı ilə uduzub.

 

Vüqar Məmmədin rəhbərlik etdiyi kollektiv ilkin seçmə mərhələ çərçivəsində Yunanıstan yığmasına 1:6, Almaniya komandasına isə 0:2 hesabı ilə məğlub olmuşdu.

 

Avropa çempionatı. Seçmə qrup mərhələsi. 3-cü tur

19 noyabr

 

16:00. Qazaxıstan U-17 - Azərbaycan U-17 2:0

Qollar: Dias Kuşumbayev, 3, Əlişir Rəhimcanov, 85

Baş hakim: Denis Şurman (Ukrayna)

 

Qazaxıstan: 1.Nikita Pivkin, 2.Yeqor Tkaçenko, 5.Aleksandr Şirobokov, 7.Abzal kalau, 8.Diaş Kuşkumbayev, 10.Vadim Yakovlev, 12.Arsen Azatov, 14.Murojon kalmatov, 15.Əskər Satışev, 16.Danil Anxudinov, 17.Qalımjan Kenjebek (k);

 

Ehtiyat oyunçular: 18.Temirlan Anarbekov, 4.Daniyar Urda, 9.Miras Amantayev, 11.Əlişir Rəhimcanov, 13.Danil Somov, 19.Daniyar Dulatov, 20.Sultan Əskərov, 23.Cannur Kukeyev;

 

Baş məşqçi: Almas Kulşinbayev.

 

Azərbaycan: 1.Eldar Tağızadə, 4.Cəlal Hüseynov (k), 5.Mirəli Əhmədov, 7.Gülağa Əsədov, 9.Mehrac Baxşəli, 10.Mirmövsüm Canıyev, 11.Berkay Vardar, 13.İbrahim Ramazanov, 14.Musa Musazadə, 15.Rəşad Həsənov, 17.Kamal Kazımov;

 

Ehtiyat oyunçular: 22.Amin Ramazanov, 2.Ayxan Süleymanlı, 6.Yusuf Oral, 8.Nihad Cəfərov, 16.Rəvan Nağıyev, 19.Nicat Quliyev, 20.Rauf Rüstəmli, 21.Ülvi Mədətov;

 

Baş məşqçi: Vüqar Məmməd.

Tarix: 19 Noyabr [18:04]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
9 Dekabr 2019
8  Dekabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio