Poçettinodan təsirli vida sözləri - FOTOLAR

10:48 - 22 Noyabr 2019

İngiltərənin “Tottenhem” klubunun baş məşqçi postundan göndərilən Maurisio Poçettino komanda ilə vidalaşıb.

 

Sportal.az xəbər verir ki, argentinalı mütəxəssis paltardəyişmə otağında taktiki gedişlərin qeyd edildiyi lövhəyə təşəkkür mesajı yazıb:

 

“Hər birinizə çox təşəkkürlər! Əlvida deyə bilmərik... Siz həmişə qəlbimizdə qalacaqsınız”.

 

47 yaşlı mütəxəssis 2014-cü ildən londonluları çalışdırırdı. Premyer Liqada bu mövsüm uğursuz çıxışa görə postundan göndərilən Poçettinonu portuqaliyalı çalışdırıcı Joze Mourinyo əvəz edib.

 

Image

Image

Xəbər xətti