Syominin müqaviləsi uzadılmadı

Rusiyanın “Lokomotiv” klubu baş məşqçisi Yuri Syomin ilə yollarını ayırıb.

 

Sportal.az xəbər verir ki, Moskva təmsilçisi 73 yaşlı mütəxəssisin mayın 31-də başa çatacaq müqaviləsini uzatmayıb. Onu bu postda serb çalışdırıcı Marko Nikoliç əvəzləyib. 40 yaşlı mütəxəssis işinin icrasına iyunun 1-də başlayacaq.  

 

 

Syomin müxtəlif illərdə "Lokomotiv"i çalışdırıb. Təcrübəli çalışdırıcı 3 dəfə ölkə çempionu olub, 6 dəfə Rusiya kubokunu qazanıb. Rus mütəxəssis 2013/14 mövsümündə "Qəbələ"nin baş məşqçisi olub.

 

Tarix: 14 May [21:45]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
27 May 2020
26  May 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio