Ramil Şeydayevin şərti "Neftçi"ni şok etdi

18:18 - 28 İyun 2020

«Neftçi» rəhbərliyi «Sabah»la 4 aylıq müqaviləsi başa çatan Ramil Şeydayevə təklif göndərib.

 

Sportal.az xəbər verir ki, millinin forvardı ilə ilk görüşmə istənilən nəticəni verməyib.

 

Qışda Moskva «Dinamo»sundan ayrıldıqdan sonra ikinci dəfə Azərbaycana dönən hücumçu paytaxt təmsilçisindən aylıq 35 min dollar maaş tələb edib.

 

Bu da bakılı rəsmilər üçün xeyli gözlənilməz olub. Çünki «ağ-qaralar» göstərilən məbləğin yarısını ödəməyi planlaşdırıblar.

 

Üstəlik, Şeydayev bildirib ki, birinci məqsədi yenidən legioner həyatı yaşamaqdır və indi onu puldan çox, ölkə xaricinə çıxmaq düşündürür (sportinfo.az).

Xəbər xətti