Mahir Emreli "Qarabağ"da qaldı

12:41 - 21 Yanvar 2021

"Qarabağ"ın hücumçusu Mahir Emrelinin Polşanın "Zaqlembe" klubuna transferi baş tutmayıb.

 

Sportal.az xəbər verir ki, Lyubin təmsilçisi futbolçuya Ağdam klubundakı qazancından az maaş təklif edib. İllik 150 min avro maaşa razılaşmayan futbolçu "köhlən atlar"da qalıb.

 

Polşalılar 23 yaşlı azərbaycanlı futbolçuya daha çox maaş verməyə müsbət yanaşmayıb.

 

Mahir bu mövsüm keçirdiyi 16 oyunda 9 qol vurub, 2 məhsuldar ötürmə edib.

Xəbər xətti