"Zlatanın dünyasında irqçiliyə yer yoxdur" - İbrahimoviç

"Milan"ın hücumçusu Zlatan İbrahimoviç İtaliya kubokunun 1/4 finalında "İnter"lə qarşılaşmada rəqib hücumçu Romelu Lukaku ilə kələ-kəllə gəldiyi zaman irqçi ifadələr işlətmədiyini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, isveçli hücumçu sosial hesabında bu barədə məlumat yayıb:

 

"Zlatanın dünyasında irqçiliyə yer yoxdur. Hamımız eyni irqik, hamımız bərabərik. Hamımız futbolçularıq, bəzilərimiz digərlərindən daha yaxşıdır".

 

İlk hissənin sonlarında ağızlaşan futbolçular sarı vərəqə ilə cəzalandırılıblar. 58-ci dəqiqədə Lukakuya qarşı kobud oynayan İbrahimoviç 2-ci sarı vərəqə alaraq meydanı tərk edib.

Tarix: 27 Yanvar [22:22]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 Fevral 2021
27  Fevral 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio