Araz Abdullayevdən iki məhsuldar ötürmə - VİDEO

22:55 - 7 Mart 2021

Türkiyə 1-ci liqasında 25-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Araz Abdullayevin formasını geyindiyi “Boluspor” evdə  “Bursaspor”a 2:1 hesabı ilə qalib gəlib.

 

Araz matçın 37-ci dəqiqəsində meydana daxil olub. O, komandasının vurduğu hər iki qolun məhsuldar ötürməsini verib.

 

“Boluspor” 29 xalla 18 komanda arasında 12-ci pillədə qərarlaşıb.

 

Xəbər xətti