Milli komandamız Tokio-2020-nin açılışına hazırdı - FOTOLAR

14:23 - 23 İyul 2021

Azərbaycan nümayəndə heyəti Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimindəki paradda 5-ci keçəcək. 

 

Sportal.az xəbər verir ki, bu haqda Milli Olimpiya Komitəsinin media üçün məlumatında bildirilib.

 

Tədbirdə 27 nəfərlik heyət iştirak edəcək. Onların arasında idmançılarla yanaşı, Azərbaycan yığmasının şef de-missionu Fərid Mansurov da yer alacaq. Azərbaycan bayrağını isə cüdoçu Rüstəm Orucov və taekvondoçu Fəridə Əzizova daşıyacaq.

 

Xatırldaq ki, bu gün keçiriləcək açılış mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

 

Azərbaycan millisi açılışdan əvvəl – <b style="color:red">Şəkillər</b>

 

Xəbər xətti