"Səbail"də albaniyalı müdafiəçi

14:10 - 4 Avqust 2021

Yeni mövsümə hazırlığı davam etdirən "Səbail" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi albaniyalı müdafiəçi Yurgen Qoxanı rənglərinə bağlayıb. 29 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Yurgen Qoxa son mövsümü "Qəbələ"nin heyətində keçirib.

Xəbər xətti