"Qəbələ"nin keçmiş futbolçusu "Səbail"də

11:38 - 5 Avqust 2021

Mövsümə hazırlığı davam etdirən "Səbail" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi müdafiəçi Sadiq Quliyevi rənglərinə bağlayıb. 26 yaşlı futbolçu ilə bir illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Sadiq Quliyev "Zirə" və "Qəbələ" klublarında çıxış edib. O, 21 yaşlılardan ibarət milli komandamızda da oynayıb.

Xəbər xətti