"Sabah" "Qəbələ" ilə matça itkilərlə çıxacaq

11:11 - 11 Sentyabr 2021

"Sabah" Azərbaycan Premyer Liqasının 3-cü turunda öz meydanında "Qəbələ" ilə qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi bu görüşə itkilərlə çıxacaq. Belə ki, hücumçu Xulio Sezar Rodriqes və müdafiəçi Zurab Oçikava zədəlidi. Hər iki futbolçu "Qəbələ" ilə matçda komandasına kömək edə bilməyəcək. Yeni transfer Kristian Sebalyos yüngül zədəsi olsa da, bu gün meydana çıxacağı gözlənilir.

 

Qeyd edək ki, "Sabah" - "Qəbələ" oyunu bu gün saat 18:00-da start götürəcək.

Xəbər xətti