"Çelsi" onun maaşını 175 min avroya yüksəldəcək

"Çelsi" Meyson Mounta yeni müqavilə təklif edəcək.

Sportal.az xəbər verir ki, London klubu yarımmüdafiəçisinin maaşını həftəlik 175 min avroya yüksəldəcək. Mountun hazırki müqaviləsi 2024-cü ilə qədərdi. “Çelsi”nin baş məşqçisi Tomas Tuhel məsələ haqda bu cür danışıb:

"O, inanılmaz dərəcədə istedadlıdı. Ən əsası isə, gənc yaşda xarakterli olmasıdı. Hər gün məşqə üzü gülərək gəlir, yerində dayanmır, inkişafdadı. Mount komandamızın oyunu üçün həlledici adamdı. Mountu komandamızın aparıcı futbolçularından biri hesab etmək olar”.

“Çelsi” yetirməsi olan 22 yaşlı futbolçu əsas komandada 2019-cu ildə debüt edib. 

Tarix: 14 Sentyabr [16:09]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16  Sentyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio