"Paxtakor"un hücumçusu: "Neftçi"yə xeyir verəcəyinə inanıram"

16:09 - 15 Sentyabr 2021

"Neftçi"nin yayda heyətinə qatdığı forvardlardan biri Tyaqo Bezerra oldu.

Sportal.az xəbər verir ki, braziliyalı 2017-2019-cu illərdə Özbəkistanın "Paxtakor" klubunda çıxış edib.

Onun komanda yoldaşları arasında əvvəllər Azərbaycanda oynamış Draqan Çeran da var.

“Simurq”un sabiq forvardı saytımıza açıqlamasında Tyaqo Bezerranın “Neftçi”yə xeyir verəcəyinə inandığını dilə gətirib. İndin özündə də Özbəkistan klubunda oynayan serb "Neftçi"nin yeni forvardı haqda yalnız xoş sözlər deyib: "Tyaqo ilə birlikdə oynadıq. Onunla yaxşı münasibətim var. “Neftçi”yə keçidi barədə nə deyim? Tyaqo haqda onu deyə bilərəm ki, həqiqətən də çox yaxşı futbolçudu. Təcrübəli və futbolu meydanda çox yaxşı oynayan biridi. “Neftçi”yə xeyir verəcəyinə inanıram. Onunla eyni komandada oynadım və gördüm".

Çeran 2013-2015-ci illərdə "Simurq" formasını geyinib və bir ara "Qarabağ"a keçidi an məsələsi olsa da, sonda bu keçid baş tutmamışdı.

Xəbər xətti