Maksim Medvedev: "Səbirsizliklə oyunu gözləyirik"

17:24 - 15 Sentyabr 2021

"Qarabağ" Konfrans Liqasının H qrupunun ilk turunda İsveçrənin "Bazel" klubu ilə qarşılaşacaq.

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisin kapitanı Maksim Medvedev oyundan əvvəl keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. O, öncə sabah keçiriləcək qarşılaşma haqda fikirlərini bildirib: "Bizi sabah ağır oyun gözləyir. Futbolçular üçün də çox məsuluyyətli matçdı. Komandada ab-hava yaxşıdı. Oyunu səbirsizliklə gözləyirik. İstəyirik ki, özümüzü yaxşı tərəfdən göstərək. Baş məşqçinin tapşırıqlarını yerinə yetirə bilsək, yaxı nəticə göstərə bilərik. Rəqibi analiz etmişik".

- Tofiq Bəhamov adına Respublika Stadionuna öyrəşmişdiniz. BOS-da oynamaq sizin üçün necə olacaq?
- Tofiq Bəhramov stadionu bizim üçün uğurlu stadiondu. İstəyərdik ki, tilsimi qırıb buradda da ən yaxşı oyunlardan birini sərgiləyək.

Xəbər xətti