Ramin Quliyev: "Tam fərqli komanda gördüm"

Premyer Liqanın 4-cü turunda səfərdə "Zirə" ilə heç-heçə edən "Sabah"ın baş məşqçisi Ramin Quliyev oyundan sonra mətbuat konfransında iştirak edib.

 

Sportal.az xəbər verir ki, o, öncə nəticəni şərh edib:

 

- Bu oyuna 3 xal üçün köklənmişdik. Oyunun axarı yaxşı gedirdi. Müdafiədə buraxdığımız 1 səhv hər şeyi dəyişdi. Futbolçuların əzmkarlığı yaxşı idi. Son dəqiqələrdə qalib gələ bilərdik. Bu gün tam fərqli komanda gördüm. Həddindən artıq qələbə istəyi var idi.

 

- Sanki ilk hissədə komandanız istəksiz görünürdü.
- Bu neçənci oyundu ki, qol buraxandan sonra tam fərqli oynayırıq. Hesab 0:0 olanda ehtiyatlı oynayırıq. Qol buraxandan sonra hcumların kəsrini artırırdıq. Bu gün komanda hücumda daha yaxşı görünürdü.

 

- Bu gün ilk xal qazandınız və ilk qol vurdunuz. Sizcə, bu, dönüş nöqtəsi ola bilər?
- Bəli, ola bilər. Bundan əvvəlki oyunlarda hücum xəttində problemlərimiz var idi. Sluletiç, Rodriqes komandaya qoşulmamışdı. Bu həftədən etibarən onlar da komandaya qoşulub. Növbəti oyunlarda meydanda görə bilərik.


- Belə söhbətlər var idi ki, bu gün məğlub olsaz istefaya göndərilə bilərdiz
- Bu tez-tez təkrarlanır. Məni bura gətirən rəhbərlik var. Bu gün onların dəstəyini artıqlaması ilə görürəm. Bu dəstək bizə inam verir. Rəhbərliyin mənə, mənim komandaya inamım çoxdu. 

Tarix: 18 Sentyabr [21:40]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 Oktyabr 2021
27  Oktyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio