AFFA rəsmisi "Qəbələ" - "Alkmar" matçına təyinat aldı

12:11 - 22 Sentyabr 2021

AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Ştuxlik növbəti təyinat alıb.

 

Sportal.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, UEFA Gənclər Liqası turnirindəki təmsilçimiz “Qəbələ”nin turnirin I mərhələsində Niderlandın “Alkmar” komandasına qarşı keçirəcəyi oyununun hakim-inspektoru olacaq. 

 

Qeyd edək ki, sentyabrın 29-da, saat 17:00-da, Qəbələ şəhər stadonunda təşkil olunacaq qarşılaşmanı Ukraynadan olan hakimlər briqadası idarə edəcək.

Xəbər xətti