Benzemadan tarixi rekord

17:50 - 23 Sentyabr 2021

"Real"ın futbolçusu Kərim Benzema yeni rekorda imza atıb.

Sportal.az xəbər verir ki, 34 yaşlı hücumçu buna La Liqanın VI turunda "Malyorka"nı 6:1 hesabı ilə məğlub etdikləri matçda nail olub.

Fransalı forvard qarşılaşmada iki qol vurub və eyni sayda məhsuldar ötürmə edib.

Təcrübəli qolçu 6 turdan sonra 8 qol və 7 məhsuldar ilə yadda qalıb. Bu da Avropanın "top-5" liqalarında XXI əsrdə bir futbolçu üçün rekord göstəricidi.

Benzema həm də bu görüşdə La Liqada 200-cü qoluna da imza atıb.

Xəbər xətti