Rəşad Sadıqov: "Dözdük, lazım olan nəticəni qazandıq" - VİDEO

Premyer Liqanın V turunda səfədə "Səbail"i məğlub edən (2:1) "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov oyundan sonra mətbuat konfransında iştirak edib.

 

Sportal.az xəbər verir ki, 39 yaşlı mütəxəssis qələbəni şərh edib:

 

“Maraqlı oyunun şahidi olduq. Hər iki komanda əlindən gələni edirdi ki, maraqlı oyun alınsın. 1-ci hissəni çox yaxşı səviyyədə keçirdik. Sadəcə son dəqiqələrdə standart vəziyyətdə buraxdığımız qol rəqibə motivasiya oldu. Bizdə isə tam əksinə, ikinci hissənin əvvəllərində bu, hiss olunurdu. “Səbail” irəli atılmışdı, 5-10 dəqiqə çətin anlar yaşadıq. Amma ondan sonra oyunu nəzarətimizə götürdük. Sadəcə yaranan boşluqlardan, fürsətlərdən istifadə edə bilmədik. Ancaq bunlar zamanla düzələn məsələlərdi. Vacib qələbə qazandıq. “Səbail” hər bir komanda üçün ətin səfər olub. Çox şükürlər olsun ki, sevinən tərəf biz olduq.

 

10 dəqiqə ehtiyatlı oynadıq. Məqsədimiz ehtiyatlı oynamaq deyildi. Sadəcə rəqib böyük qüvvə ilə irəli atıldı. Amma sonradan oyuna nəzarət edirdik, qol vəziyyətləri yaradırdıq. 3-cü qol olsaydı, daha asan keçərdi. Son oyunda da hesabda üstün ola-ola axırda qol buraxmışdıq. Bu da mümkün deyildi ki, komanda üçün əlavə həyəcan, gərginlik yaratmasın. Son dəqiqələrdə bunu hiss edirdim. Amma dözdük, lazım olan nəticəni qazandıq. Yaxşı kombinassiyalı hücumlarımız oldu. Sadəcə istifadə edə bilmədik.

 

Hakimlər? Biri var konkret və çox sərt şəkildə hakimə etiraz edirsən. Biri də var oyunboyu hakimlərlə dialoq olur kənarda. Rəşadla da dialoqumuz sakit halda keçirdi. Ona görə Hacıağa Hacılının epizodunda ona dedim ki, həmin epizod sarı vərəqədisə, bir çox epizodlar sarı olsun. Amma Kamal Umudluya hər hansı etirazım olmadı”.

 

Tarix: 25 Sentyabr [21:52]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
2 Dekabr 2021
1  Dekabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio