Millimizin sabiq futbolçusu: "Problemlər olduğu dəqiqdi, amma...

12:50 - 17 Oktyabr 2021

"Azərbaycan millisinin çıxışını daima izləyirəm. Millinin tsiklədki çıxışı? Ola bilər ki, komandamız hardasa psixoloji olaraq hazır deyil. Suallar cavablardan daha çoxdu".

Bu sözləri Sportal.az saytına açıqlamasında Vyaçeslav Lıçkin deyib.

Azərbaycan milli komandasında oynamış veteran futbolçu yığmamızın çıxışını dəyərləndirib.

Lıçkin millimizin uğursuz çıxışı, problemləri barədə bunları deyib: "Problemlər olduğu dəqiqdi. Bəlkə də ehtimal etdiyimizdən daha çoxdu. Bilirsiz, nə istəyirsiz demək olar. Sadəcə komandanın içində olmaq lazımdı ki, nə baş verdiyini daha bilək. Ümid edək ki, hər şey daha yaxşı olacaq".

Xəbər xətti