Albaniya millisinin üzvü Azərbaycanda?

16:40 - 18 Oktyabr 2021

Albaniya millisinin üzvü Valon Ahmedi Azərbaycan çempionatında çıxış edə bilər.

Sportal.az saytının məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi ilə maraqlanan klublarımız var.

Hələ ötən mövsüm “Zirə”nin diqqət mərkəzində olan və bu komandaya keçəcəyi ehtimal edilsə də, sonda Belarusa yollanaraq “Şaxtyor”(Soliqorsk) klubu ilə anlaşan futbolçu Azərbaycana gələ bilər. İddialı klublarından birinin Ahmedi ilə yaxından maraqlandığı və heyətinə qatmaq istədiyi bildirilir.

Ahmedi “Südtirol”, “Çelye”, “Maribor”, “İnter”(Zapreşiç), “Şkendiya” klublarında oynayıb.

Xəbər xətti