“Yığmanı bu vəziyyətdən çıxara biləcək adam odur” – Şahruddindən ŞOK AÇIQLAMA!

Millinin və “Qarabağ”ın qapışısı Şahruddin Məhəmmədəliyev Sportinfo.az-a şok açıqlama verib.


Sportal.az xəbər verir ki, O, yığmanı azərbaycanlı mütəxəssisi çalışdırmalı olduğunu açıqlayıb.


“Böyük əksəriyyət uğursuzluğun səbəbkarı kimi əcnəbi baş məşqçiləri görür - həqiqətənmi belədir” sualını cavablandıran “1 nömrə” komandanın sükanı arxasına keçməsi gərəkən namizədin Rəşad Sadıqov olduğunu bildirib:

 

“Bir az təxribat xarakterli sualdır, amma soruşursuzsa, cavab verəcəm. Şəxsi fikrim belədir ki, yığmanı bu vəziyyətdən çıxara biləcək adam Rəşad Sadıqovdur. Hansı futbolçudan soruşsaz, bu cavabı verəcək. O, ilk növbədə adamdır, adam. Çoxu məşqçi kimi təcrübəsiz olduğunu düşünür.


Təcrübəsi var, niyə yoxdur? Sadıqov komandaya meydanda ölməyin nə demək olduğunu aşılaya biləcək. Udarıq da, uduzarıq da, amma azarkeşlər döyüşkən komandanı canlı görmək üçün stadiona axışacaq.

 

Baş məşqçi dəyişikliyi olsa, çıxış yolu Rəşad Sadıqovu gətirməkdir. Canni de Byazini göndərib, yerinə başqa bir əcnəbini gətirməyin anlamı yoxdur.

 

Gələcək, yerli mühitə alışmağa, bizi tanımağa, çempionatı izləməyə vaxt itirəcək, yenə həmin şeylər təkrarlanacaq.

 

Bu dediklərim şəxsi fikrimdir. Amma yenədə baş məşqçinin kimliyindən asılı olmayaraq, mən meydanda can qoymaqda davam edəcəm”.

Tarix: 16 Noyabr [20:28]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
9 Avqust 2022
8  Avqust 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio