Almaniya klubunun üzvü: "Azərbaycan millisindən dəvət almamışam"

"Valdhof Manhaym"ın futbolçusu Barış Ekincier Sportal.az saytına qısa açıqlama verib. 

Almaniya 3-cü Bundesliqada çıxış edən futbolçu Azərbaycan millisində oynamaq ehtimalının olub-olmaması haqda danışıb.

Cari mövsüm “Valdhof Manhaym” formasında 6 oyun oynamış futbolçu qol vurmayıb. Ekincier qısa olaraq bunları deyib:

"Klubum üçün əlimdən gələni edirəm. Azərbaycan millisindən dəvət? Yox, Azərbaycan millisindən rəsmi dəvət almamışam".

Futbolçu yayda "Bohum"dan ayrılaraq "Valdhof Manhaym"la 2 illik müqavilə imzalayıb. O, əvvəllər U-19, U-21 yığmalarımızda çıxış edib.

Tarix: 24 Noyabr [14:43]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
1  Dekabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio