"Mahir Emrelini mühakimə etmək çətindir"

"Komandanın oyununda sabitlik çatmır. Bundan başqa, heyətə cəlb olunan futbolçular nəyisə dəyişə bilmirlər".

 

Sportal.az xəbər verir ki, bu sözləri Polşa "Legiya"sının sabiq futbolçusu Stanko Svitlitsa komandanın cari mövsüm Ekstraklasadakı uğursuz çıxışı və yeni transferləri barədə "Sport.pl" saytına müsahibəsində deyib.

 

Veteran oyunçu Varşava təmsilçisinin yayda heyətinə qatdığı Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxışına da toxunub: "Emreli pis futbolçu deyil. Avrokubokların təsnifat mərhələsində, həmçinin Avropa Liqasının qrupunda İngiltərə "Lester"inə qol vurub. Ona görə də bu futbolçunu mühakimə etmək çətindir".

 

"Legiya" Polşa çempionatında 9 xalla 18 komanda arasında 17-ci sırada qərarlaşıb.

Tarix: 24 Noyabr [22:22]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
1 Dekabr 2021
30  Noyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio